Home AZ | EN | RU

Azərbaycan dilçiliyinə yeni töhfə

18/10/2016

Ulu öndər Heydər Əliyevin dil siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının prezidenti İlhan Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında imzaladığı sərəncama əsasən BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti kafedrası “Azərbaycan dili və niqt mədəniyyəti” fənninin tədris olunması istiqamətində proqramların və dərs vəsaitlərinin hazırlanmasında mühüm işlər görmüşdür. Bunlardan biri də yeni işıq üzü görən “Azərbaycan dili və nitq mədəniyyəti” dərslidir ki, artıq tələbələrin istifadəsinə verilib.

Dərslik kafedranın dosentləri S.V.Abbasova, S.M.Seyidova və N.K.Məmmədovanın və Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Ə.H.Cavadovun birgə müəllifliyi ilə hazırlanıb. Dərsliyin elmi redaktoru AMEA-nın müxbir üzvü, professor N.Q.Cəfərov, rəyçiləri isə professorlar  - A.M.Babayev, T.M.Hacıyev və Ə.Ə.Rəcəblidir. Bu dərslik ali məktəblərin Azərbaycan bölmələrində təhsil alan tələbələrin Azərbaycan dilində mükəmməl nitq mədəniyyətinə yiyələnməsində mühüm rol oynayacaq.

Bookmark and Share