Home AZ | EN | RU

“Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

01/04/2019

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
“Sosial və İqtisadi İslahatlara Dəstək” İctimai Birliyi
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda beynəlxalq elmi konfrans haqqında

B İ L D İ R İ Ş

2019-cu ilin iyun ayında “Sosial və İqtisadi İslahatlara Dəstək” İctimai Birliyinin və Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin birgə təşəbbüsü ilə Bakı Dövlət Universitetinin, eləcə də Universitetlə yaşıd olan Filologiya fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.  
Konfransda iştirak etmək istəyənlər öz tezislərini 08 may 2019-cu il tarixi saat 15:00-dək təşkilat komitəsinin bdu-filoloq100@mail.ru elektron poçt ünvanına göndərməlidirlər. Qəbul olunmuş tezislər barədə müəlliflərə 15 may 2019-cu il tarixinədək məlumat veriləcək.
Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis dilləri.
Tezislər işçi dillərdən birində 250-300 söz həcmində Times New Roman şrifti ilə, 12 ölçüdə, sətirlərarası interval 1, səhifəkənarı ölçülər 2 sm olmaqla yazılmalıdır. Tezisin əvvəlində ortadan tünd-qara şriftlə müəllifin adı, atasının adı, soyadı; aşağıdan kursivlə elmi dərəcəsi və vəzifəsi aid olduğu təşkilat qeyd olunmalıdır. Sonda tezisin yazıldığı dildə 5 açar söz verilməlidir. Hər kəs konfransa yalnız bir tezislə qatıla bilər.  
Konfrasın mövzuları

  • - Azərbaycan elminin və təhsilinin inkişafında Bakı Dövlət Universitetinin rolu
  • - BDU-nun görkəmli dilçi və ədəbiyyatşünas alimlərinin yaradıcılığı
  • - Azərbaycan dilçiliyinin inkişafında BDU-nun rolu
  • - Azərbaycan ədəbiyyatşünaslığının inkişafında BDU-nun rolu
  • - BDU-da dilçilik və ədəbiyyatşünaslıq üzrə akademik məktəblər
  • - BDU-nun Filologiya fakültəsi alimlərinin və görkəmli məzunlarının Azərbaycanın elmi və ictimai-siyasi həyatında rolu

Konfransa təqdim olunmuş yazılar təşkilat komitəsi tərəfindən dəyərləndirildikdən sonra müəlliflərə elektron poçt ünvanı vasitəsilə məlumat veriləcəkdir.  
DİQQƏT. Təşkilat komitəsi tərəfindən qəbul edilməmiş tezislərə görə müəlliflərə heç bir açıqlama verilmir.
Konfransla bağlı əlavə məlumatlar iştirakçılara bdu-filoloq100@mail.ru elektron poçt ünvanı vasitəsilə çatdırılacaqdır.

Forma 2. Tezisin sonunda konfransda iştirak üçün bildiriş formasını əlavə edib doldurun.

Bookmark and Share