“Azərbaycan filoloji fikrində Qarabağ mövzusu” adlı respublika elmi konfransı keçiriləcək
01/10/2022Bakı Dövlət Universitetinin Filologiya fakültəsi 2022-ci il noyabrın 1-də 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Zəfərin 2-ci ildönümünə həsr olunmuş “Azərbaycan filoloji fikrində Qarabağ mövzusu” adlı respublika elmi konfransını keçirəcək.
Konfransda iştirak etmək istəyənlər məruzələrin tezislərini (300-350 söz həcmində) 11 oktyabr 2022-ci il tarixi saat 17:00-dək təşkilat komitəsinin [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Konfransın istiqamətləri:
- Qarabağ ədəbi-mədəni mühiti
- Qarabağ torpağının yetirdiyi məşhur ədəbi şəxsiyyətlər və onların yaradıcılığı (əsərlərinin ideya-məzmun və dil xüsusiyyətləri
- Qarabağ dialektləri
- Qarabağın onomastikası
- Qarabağ mövzulu ədəbiyat
- Qarabağ mövzulu ədəbiyyatın dili və üslubu.
Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis dilləri.
Konfransın təqvimi:
Tezislərin göndərilməsi üçün son tarix - 11 oktyabr 2022-ci il.
Qəbul olunmuş tezislərin elan edilməsi - 18 oktyabr 2022-ci il.
Məruzələrin tam mətnlərinin göndərilməsi üçün son tarix – 10 noyabr 2022-ci il.
Məruzə tezislərinin tərtib olunma qaydaları.
- Mətn "Microsoft Word for Windows" redaktorunda "Times New Roman" şrifti ilə (hərflərin ölçüsü – 12; interval – 1; səhifə ölçüləri: hər tərəfdən 2 sm) A4 formatında yığılmalıdır.
- Tezislər 300-350 söz həcmində olmalıdır.
- Mətnin əvvəlində tezisin adı, onun altında tədqiqatçının soyadı, adı və atasının adı, onun altında isə ali təhsil müəssisəsinin və ya təşkilatın adı yazılmalıdır. Həmin hissədə müəllifin elektron poçt ünvanı və əlaqə nömrəsi də qeyd olunmalıdır.
- Tezisin əsas məzmununu əhatə edən 5 açar söz verilməlidir.
- Rus və ingilis dillərində təqdim olunmuş tezislərin mətni Azərbaycan dilində də hazırlanmalıdır. Doktorant və magistrlərin məruzələrinə müvafiq sahə üzrə elmi dərəcəsi olan bir mütəxəssisin və ya doktorantın (magistrantın) elmi rəhbərinin rəyi əlavə olunmalıdır. Konfransa təqdim edilən məruzədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalıdır. Yuxarıda sadalanan şərtlərə uyğun gəlməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilməyəcək.
Tezislər [email protected] e-mail ünvanına göndərilməlidir (Mövzu (Subject) bəndində tezisin hansı bölməyə təqdim olunduğu qeyd olunmalıdır. Məsələn: Qarabağ ədəbi-mədəni mühiti bölməsinə və s).
Konfransın keçiriləcəyi yer və əlaqə:
Bakı Dövlət Universiteti
AZ1148, Z.Xəlilov küç., 33.
1 saylı tədris binası, Filologiya fakültəsi
Tel: (+99412) 5390373
Mob: (+99451) 610 53 79; 055-465-95-40
E-poçt: [email protected]
