Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası “Azərbaycan folklorunda dil problemi” mövzusunda elmi seminar keçirib
26/12/2018Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Azərbaycan folklorunda dil problemi” adlı magistrantların elmi seminarı keçirilib. Seminarı açan kafedra müdiri, professor Səhər Orucova Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətlərindən, onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində gördüyü işlərdən, xüsusilə, 1 noyabr 2018-ci il tarixində “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı fərmanın məzmun və mahiyyətindən söz açaraq elmi seminarın magistrlar üçün əhəmiyyətini vurğulayıb. Sonra magistrantlar Yeganə Baxşəliyeva - “İlk toplama folklor mətnlərində dil məsələsi və yazılı ədəbiyyata təsiri”, Aygül Yelmarlı “Lətifələr və onların bədii xüsusiyyətləri”, Arzu Məmmədova “Epos mətnlərində dil problemi”, Əfsanə Yusifli “Məhəbbət dastanlarının dil xüsusiyyətləri”, Nuranə Qarayeva “Epik janrlarda ənənəvi formullar”, Gülnar Musayeva “SMOMPK” məcmuəsinin birinci buraxılışında atalar sözlərinin rus dilinə tərcümə problemi” mövzularında çıxışlar ediblər. Tədbirdə kafedranın professor-müəllim heyəti, magistrant və doktorantları iştirak ediblər. Elmi seminarda məruzəçilər suallara ətraflı cavab veriblər.
