Home AZ | EN | RU

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri Səhər Orucova «AMEA-nın professoru» seçilib

17/07/2019

AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında “AMEA-nın professoru” adı üzrə namizəd seçilmiş şəxslərlə bağlı AMEA-nın müvafiq elmi bölmələrinin vəsatətinə əsasən gizli səsvermə keçirilib. Seçkidə Rəyasət Heyətinin üzvləri iştirak ediblər və nəticələrə əsasən 13 nəfər AMEA-nın professoru seçilib.
Qeyd edək ki, “AMEA-nın professoru” adını almaq üçün elan olunan müsabiqədə iştirak üçün respublikanın elmi və ali təhsil müəssisələri tərəfindən 24 elmlər doktorunun namizədliyi irəli sürülüb. Namizədlərin müəyyən olunması üçün AMEA-nın müvafiq elmi bölmələrinin ümumi yığıncaqlarında seçkilər keçirilib və gizli səsvermə yolu ilə seçilmiş namizədlər Rəyasət Heyətinə təqdim edilib.
"AMEA-nın professoru" seçilmiş BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri Səhər Orucovanı ürəkdən təbrik edir, uğurlarının davamını arzulayırıq.

 

Bookmark and Share