Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Ən yaxşı şeir” müsabiqəsi keçirilib
05/12/2018BDU-nun Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Ən yaxşı şeir” müsabiqəsi keçirilib. Tədbir “Folklor” dərnəyinin üzvləri tərəfindən hazırlanıb. Müsabiqənin ərsəyə gəlməsində rolu olan Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova giriş sözü ilə tədbiri açıq elan edib.
Müsabiqənin münsiflər heyətində Filologiya fakültəsinin elmi işlər və magistratura üzrə dekan müavini, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru Nizami Xəlilov, kino aktyoru, istedadlı qiraət ustası Kamran Yunis, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məti Osmanoğlu yer alıb.
Müsabiqəyə tələbələr öz şeirləri ilə qatılıb. İfalar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Tələbələrdən Cəmil Cəmilbəyli I yerin, Fərid Kərimov və Elnarə Talıbova II yerin, Şəlalə Nuriyeva III yerin qalibi olublar. Digər iştirakçılar təltifnamə və hədiyyələrlə qiymətləndirilib. Tədbirdə Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının magistrantı Gülnar Musayeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu İlahə Mahmudova tərəfindən “Sarı gəlin” mahnısı xalq və caz üslublarında ifa olunub. Onları kanonda BDU-nun Tarix fakültəsinin I kurs tələbəsi Səbinə Cəlilova müşayiət edib.
