Home AZ | EN | RU

Azərbaycan şifahi xalq ədəbiyyatının dissertantı sertifikatla təltif olunub

11/03/2021

29 iyun - 3 iyul 2020 tarixlərində YUNESKO üzrə Türkiyə Milli Komissiyasının, YUNESKO-nun  Qeyri-Maddi Mədəni İrs Dərnəyinin və Hacı Bayram Vəli Universitetinin Formal və qeyri-formal təhsildə qeyri-maddi mədəni irs - YUNESKO kafedrasının birgə təşəbbüsü ilə “Gələcəyə qeyri-maddi gələcək mədəni irs pəncərəsindən baxmaq” mövzusunda virtual yay məktəbi təşkil olunub.
Virtual kursda komissiya tərəfindən seçilmiş 73 doktorant, 79 magistr və məzun iştirak hüququ qazanıb. Həm nəzəri, həm praktik məşğələlərlə keçirilən kursda tədqiqatçılar, mütəxəssislər və muzeyşünaslar müxtəlif məruzələrlə çıxış ediblər. 161 profesor-müəllim heyəti tərəfindən təlimlərin keçirildiyi yay məktəbində qeyri-maddi mədəni irs əyani şəkildə də göstərilib.  Sonda dərslərə qatılan bütün iştirakçılara YUNESKO-nun Türkiyə üzrə Milli Komissiyasının səfiri və Qeyri-Maddi Mədəni İrs Komitəsinin Başçısı Dr. M. Öcal Oğuzun imzası ilə sertifikatlar verilib.
Yay məktəbində iştirak etmiş BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dissertantı Gülnar Axundova da sertifikatla təltif olunub.

 

Bookmark and Share