Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tələbə və magistrantların Respublika elmi-praktik konfransı
24/02/2018Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş
“Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda
tələbə və magistrantların Respublika elmi-praktik konfransı
27 aprel 2018-ci ildə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda tələbə və magistrantların Respublika elmi-praktik konfransı keçiriləcəkdir.
Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:
• Azərbaycanın beynəlxalq münasibətlər tarixində AXC
• Yeni dünya nizamı: XXI əsrin çağırışları
• Heydər Əliyev və Azərbaycanın xarici siyasət konsepsiyası
• Mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi – Azərbaycan
• Azərbaycanın xarici ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələri
• Müstəqil Azərbaycanda filologiyanın müasir problemləri
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis
İştirakla bağlı məlumat və tezis elektron formada 29 mart 2018-ci ildən gec olmayaraq BDU Filologiya TEB-ə təqdim etsinlər.
FORMA 1. Tezisin tərtibi qaydaları:
Həcm: 1-2 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,0 sm., 1 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
Tezisin strukturu:
1. Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə
2. Tezisin adı böyük hərflərlə, qalın şriftlə
3. Təmsil etdiyi təhsil müəssisəsinin adı, elmi rəhbərin adı, soyadı, elmi dərəcəsi və ya elmi adı adi şriftlə
Qeyd: Tezis adları ilə bölmə adları eyni olmamalıdır. Konfransda çıxış etməyən iştirakçıların tezisləri topluda dərc olunmayacaq. Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən tezislər qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcək.
FORMA 2. Konfransda iştirak üçün bildirişin nümunəsi (Linkə daxil olun)
Konfransın təqvimi:
Tezislərin göndərilməsi üçün son tarix |
30 mart 2018-ci il |
Qəbul edilən tezislər haqqında məlumatın verilməsi |
5-10 aprel 2018-ci il |
Konfransın plenar iclasının açılış mərasimi |
27 aprel 2018-ci il |
Bölmə iclasları |
27 aprel 2018-ci il |
Konfransın bağlanış mərasimi |
27 aprel 2018-ci il |
