Home AZ | EN | RU

“Azərbaycan xalq mahnıları” adlı elmi seminar

21/12/2016

Filologiya fakültəsində  “Azərbaycan şifahi xalq ədəbiyyatı”  kafedrasının təşkilatçılığı ilə “Azərbaycan xalq mahnıları” adlı elmi seminar keçirilib.  Seminar balaca aşıqların ifası ilə başlayıb. Tədbirin aparıcısı  dos. Könül Həsənova elmi seminarı  açıq elan etdikdən sonra sözü  “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının müdiri professor Səhər Orucovaya verib. Səhər xanım  milli-mənəvi dəyərlərimizdən, ümummilli lider Heydər Əliyevin  musiqiyə, xalq mahnılarımıza  verdiyi dəyərdən, ulu öndərin ali ideyalarını gerçəkləşdirən Prezident cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri  Mehriban xanım Əliyevanın xalq mahnılarımıza, xalq sənətimizə verdiyi qiymətdən söz açıb. Daha sonra çıxış edən fakültə dekanı, fil.f.d. Elçin Məmmədov tədbirin əhəmiyyətindən danışaraq bəzi qədim xalq mahnılarımız barədə məlumat verib. Fikrət Əmirov adına 6 nömrəli musiqi məktəbinin direktoru, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Adilə Yusifova xalq mahnılarımızla bağlı maraqlı tarixi faktları söyləməklə yanaşı,  tədbir iştirakçılarını xalq mahnılarımızın ilk dəfə çap olunduğu kitabların orijinal nüsxələri ilə tanış edib.  Fikrət Əmirov adına 6 nömrəli musiqi məktəbinin müəllim və şagirdləri tədbirə rəng qatıb. Kafedranın magistrları Aynurə Allahverdiyeva “Sarı gəlin”, Jalə Rüstəmova “Qaragilə”, Arzu Həsənli “Laçın”, Elfanə Qəniyeva “Xalq mahnılarında bülbül sevən aşiq kimi”, Ayşən İbrahimzadə “Xalq mahnılarında alma”, Gözəl Quliyeva “İrəvanda xal qalmadı”, doktorant Jalə Nağıyeva “Xalq mahnısı kimi tanınan müəllifli mahnılar” mövzularında maraqlı çıxış ediblər. Filologiya fakültəsinin I kurs tələbələri Həmzəyeva Şəms, Yusifli Aytac, III kurs tələbəsi Rzayeva Xədicə, Tətbiqi riyaziyyat fakültəsinin III kurs tələbələri Nuriyeva Maya, İsmayılova Nəzrin, Beynəlxalq münasibətlərin I kurs tələbəsi Yusifov Anarın ifasında xalq mahnıları səsləndirilib. Tarda Həsənzadə Hacı, kamançada Dadaşlı Vüsalın müşayiəti ilə xanəndə Eldəniz Nəbiyev tədbir iştirakçıların könlünü oxşayıb.

Bookmark and Share