Home AZ | EN | RU

BDU filoloqlarının Qars səfəri

27/10/2015

Bakı Dövlət Universitetinin əməkdaşları 21-23 oktyabr tarixlərində Türkiyənin Qars şəhərində Qafqaz Universitetinin təşkilatçılığı ilə keçirilmiş “Azərbaycanşünaslıq: keçmişi, bu günü, gələcəyi” mövzusunda Beynəlxalq Simpozium iştirak ediblər. Müxtəlif ölkələrdən 100-ə yaxın elm adamının qatıldığı simpoziumda Universitetmizi filologiya fakültəsinin müəllimləri – professor Leyla Gərayzadə, dosent İslam Vəliyev, dos. Rəhilə Quliyeva, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları - doktorant Pərvin Eyvazov və Ramil Bayramov təmsil ediblər. Açılış mərasimindən sonra BDU-nun nümayəndə heyəti ilə ayrıca görüşən Qafqaz Universitetinin rektoru professor Saniç Özcan, Ərdahan Universitetinin rektoru professor Ramazan Qorxmaz və ölkəmizin Qarsdakı baş konsulu Ayxan Süleymanlı elm müstəvisində də əlaqələrin genişlənməsinin xüsusi əhəmiyyət daşıdığını bildirirərək Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmovun bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndiriblər. Daha sonra iki gün davam edən bölmə iclaslarında əməkdaşlarımız maraqlı məruzələr edib, müzakirələrdə aktivlik göstəriblər. Simpozium müddətində BDU müəllimlərinin Qafqaz Universitetindəki Heydər Əliyev Mərkəzi, məşhur “Qars qalası”, o cümlədən Qars şəhərinin görməli yerləri ilə tanışlığı baş tutub. Həmçinin qonaqlar adından Qafqaz Universitetinin kitabxanasına dilçiliyə aid kitablar hədiyyə edilib. Eyni zamanda burada təhsil alan azərbaycanlı tələbələrlə də görüşən müəllimlər onların təhsil və yaşayış şəraitləri ilə də yaxından maraqlanıblar.

Bookmark and Share