Home AZ | EN | RU

BDU müəllimi “Danış ki, səni görüm” layihəsi çərçivəsində təlimlər aparıb

28/11/2017

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutan “Danış ki, səni görüm” layihəsi çərçivəsində nitq mədəniyyəti təlimləri keçirilib. Təlimləri Bakı Dövlət Universitetinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının saathesabı müəllimi Nigar Məmmədli aparıb. O bildirib ki, layihədə əsas məqsəd gənclərin natiqlik sənəti istiqamətində peşəkarlığının artırılması, səlis nitq bacarıqlarının inkişaf etdirilməsi olub. Layihənin həyata keçirildiyi müddətdə gənclərə nitq hazırlama və natiqlik bacarıqları sahəsində təlimlər keçirilib. Təlimçi Nigar Məmmədlinin “Natiqlik bacarıqlarının artırılması yolları” mövzusunda təlimi layihə iştirakçılarının marağına səbəb olub.
Qeyd edək ki, layihə çərçivəsində təlimlər 3 gün davam edib və ümumilikdə 100 nəfərdən çox gənc iştirak edib. Sonda iştirakçılar sertifikatla təmin olunub.

Bookmark and Share