BDU İngilis dili kafedrasının müəllimləri təlimlərdə iştirak ediblər
02/05/2016Bakı Dövlət Universitetinin ingilis dili kafedrasının müəllimləri Tempus  layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetində keçirilən  kurikulumla bağlı təlimlərdə iştirak ediblər. Seminarda universiteti  humanitar fakültələr üzrə ingilis dili kafedrasının baş müəllimləri  Mənsurə Ağayeva, Zəhra Əhmədova, Fərəh Əliyeva və təbiət elmləri üzrə  ingilis dili kafedrasının müəllimləri Nərgiz Əliyeva, Nilufər Mahmudova,  Nigar Seyidova, İlkanə Əmirova təmsil edib. 
 İngiltərənin Esseks  Universitetinin professoru Desmond Thomas danışıq-yazı kimi produktiv  dil vərdişlərinin qiymətləndirilməsi kriteriyası, kurrikulum və  sillabusların hazırlanması barədə çıxış edib.
 Qeyd edək ki,  təlimlərdə Azərbaycan Dövlət Tibb, Azərbaycan Dövlət Aqrar, Azərbaycan  Dillər Universitetinin, Azərbaycan Dövlət Neft, Azərbaycan Diplomatiya  və Milli Aviasiya Akademiyasının müəllimləri də iştirak edib.

 
                
                    


