BDU-da “Elm günü”nə həsr olunmuş müsabiqə keçiriləcək - ELAN
22/02/2019Bakı  Dövlət Universiteti üzrə 11 fevral 2019-cu il tarixli, R-17 saylı əmrə  əsasən 27 mart 2019-cu il tarixində universitetdə “Elm günü”nə həsr  olunmuş müsabiqə keçiriləcək. Şərtlərə görə, müsabiqədə yalnız hazırda  Bakı Dövlət Universitetində çalışan əməkdaşlar iştirak edə bilərlər.  Müsabiqədə iştirak edəcək namizədlər uyğun müraciət formasını doldurmalı  və öz imzaları ilə təsdiq etməlidirlər.
Təbiət elmləri sahəsində  tədqiqatlar aparan namizədlər müsabiqədə “Ən məhsuldar müəllif”, “Ən çox  istinad edilən müəllif”, “Ən yüksək H-indeksli müəllif” nominasiyaları  üzrə iştirak edə bilərlər. Humanitar elmlər üzrə və 35 yaşı tamam  olmamış elmi tədqiqatçılar isə “Web of Science” bazasının, SCI-Exp, SSCI  və A&HCI indeksləri olan jurnallarda çap olunmuş məqalələrin sayı  nəzərə alınmaqla qalib seçiləcəklər. Müraciət formaları 1 mart 2019-cu  il tarixinə qədər uyğun struktur rəhbərləri tərəfindən toplanaraq Cəbr  və həndəsə kafedrasının əməkdaşı Vüsalə Qasımovaya (Yeni tədris korpusu,  517 saylı otaq) təqdim edilməlidir.
Qaliblər mükafatlandırılacaqlar.
Müsabiqə haqqında elan
Müraciət forması 
 
                
                    


