Home AZ | EN | RU

BDU-da Müşfiq Xanla görüş keçirildi

04/12/2015

Bakı Dövlət Universitetində detektiv yazıçı Müşfiq Xanla tələbələrin görüşü keçirilib.

Görüşü giriş sözü ilə “Tələbə Həmkarlar İttifaqı” Komitəsinin sədri Daşqın Qənbərov açıb. O, tədbir iştirakçılarına müəllif  haqqında geniş məlumat verib. Daha sonra söz alan Müşfiq Xan öz növbəsində universitet rəhbərliyinə təşəkkürlərini bildirib. O, “Mütaliə və detektiv janr” mövzusunda mühazirə oxuyub.

Çıxışlardan sonra yazıçı tələbələrin suallarını cavablandırıb. Tələbələr müəllifə “Sonuncu hədiyyə”, “Ümidlərin izi ilə” və “U geni” kitabları ilə bağlı suallar ünvanlayıblar. Tədbirdə həmçinin detektiv roman janrı barəsində müzakirələr aparılıb.

Sonda Müşfiq Xan gənclər üçün kitablarını imzalayıb.

Bookmark and Share