Home AZ | EN | RU

BDU-da “Rus poeziyası gecəsi” adlı tədbir

11/05/2016

Bakı Dövlət Universiteti Rus mərkəzində “Rus poeziyası gecəsi” adlı tədbir keçirilib. Tədbiri təbiət fakültələri üzrə Rus dili kafedrasının müəllimləri və BDU-nun Rus mərkəzinin rəhbəri Arzu Məmmədova təşkil edib. Tədbiri giriş sözü ilə açan Təbiət fakültələri üzrə Rus dili kafedrasının müdiri, professor Mikayıl Cəfərov qeyd edib ki, rus dilini bilməklə təkcə poeziyanın  deyil, bütün elmlərin qapısını açmaq olar. Təbiət fakültələri üzrə təhsil alan tələbələr  S.Yesenin, F.İ.Tütçev, M.Aqaşin, M.U.Lermontov, A.S.Puşkin və digər şairlərin şeirlərini söyləyib. Tədbirin sonunda Rus mərkəzinin rəhbəri Arzu Məmmədova tələbələrə fəxri fərman və təşəkkür məktubları təqdim edib.

Bookmark and Share