BDU-da TEMPUS layihəsi çərçivəsində növbəti seminar keçirilib
03/02/2015Bakı Dövlət Universitetində Avropa komissiyasının TEMPUS proqramının  dəstəyi ilə həyata keçirilən tələbələrə xidmət və dəstəyin inkişafı  (Student Support and Development Services) adlı layihə çərçivəsində  geniş tələbə kütlələri üçün növbəti seminar-treninqlərdən biri  reallaşdırıldı.
 
 Tədbiri giriş sözü ilə açan BDU THİK sədri və  layihənin meneceri Daşqın Qənbərov layihənin mahiyyəti və əhəmiyyətindən  geniş şəkildə bəhs edib. O, layihə çərçivəsində bundan öncə də xeyli  sayda seminar-treninqlərin baş tutduğunu diqqətə çatdırıb. Təşkilatın  sədri 2 fevral ümumrespublika Gənclər günü münasibəti ilə tələbələri  təbrik edib və ölkədə gənclərə göstərilən qayğıdan, yaradılan şəraitdən  söz açıb.
 
 Daha sonra tanınmış təlimçi Fəxri Ağayev  "Müvəffəqiyyət və məsuliyyət - uğurlu karyeraya gedən yol" mövzusunda  seminara başlayıb. Seminarın ana başlıqları Müvəffəqiyyətli karyera,  Hədəf təyinetmə, Müvəffəqiyyət və müvəffəqiyyətsizlik, Şans - Bəxt -  Qismət olub. Slaydlar vasitəsilə aparılan seminar BDU tələbələrinin  marağına səbəb olub. 300-dən çox tələbənin iştirakı ilə 2 saata yaxın  davam edən seminar sonda tələbələrin suallarının cavablandırılması ilə  yekunlaşıb.

 
                
                    


