Home AZ | EN | RU

BDU-da “Yeseninin poeziyası gecəsi” keçirilib

06/03/2016

Bakı Dövlət Universitetinin filolgoiya fakültəsində dahi rus şairi Sergey Yeseninin 110 illik yubileyine həsr olunmuş poeziya gecəsi keçirilib. Dosent Ədibə Paşayevanın təşkilatçılığı və humanitar fakültələr üzrə rus dili kafedrasının müəllimləri tərəfindən keçirilən tədbirə humanitar fakültələrin tələbələri və hazırlıq kurslarında təhsil alan xarici tələbələr qatılıblar. Gecədə dahi rus şairinin həyat və yaradıcılığı haqqında danışılıb, şeirləri səsləndirilib.

Tədbirdə filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyev, Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər  Orucova  iştirak ediblər.

 

Bookmark and Share