BDU-nun Abay mərkəzində " Naurız meyramı" qeyd olunub
17/03/2016Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Abay adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzində "Naurız meyramı" qeyd olunub. BDU tələbələri bayram süfrəsini bəzədərək əsl Novruz ab-havasını yaradıblar. Tədbirdə "Qazaxıstanda Novruz bayramı necə qeyd olunur?" adlı prezentasiya təqdim olunub. Tədbirə gələn qonaqlar “Köktem Tudı" (Bahar gəldi) sözləri ilə qarşılanıb. Qeyd olunub ki, bu bayram ənənələrində bir çox oxşar cəhətlərin olması Qazaxıstan və Azərbaycan xalqlarının ortaq tarixi köklərə malik olduğunu göstərir.
