Home AZ | EN | RU

BDU-nun Abay Mərkəzində “Ölkə tarixində şəxsiyyətlərin rolu” adlı tədbir keçirilib

25/05/2016

Bakı Dövlət Universitetində fəaliyyət göstərən Abay Kunanbayev adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzində “Ölkə tarixində şəxsiyyətlərin rolu” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan-Qazaxıstan arasında dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edilib. Qeyd edilib ki, qardaşlıq, qarşılıqlı yardım və strateji maraqlar üzərində qurulan əlaqələrin daha da inkişafında Azərbaycan və qazax xalqlarının milli liderləri - Heydər Əliyev və Nursultan Nazarbayevin müstəsna və əvəzolunmaz xidmətləri var. İştirakçılar tərəfindən maraqla qarşılanan tədbir milli liderlərə həsr olunmuş filmin nümayişi ilə başa çatıb.

 

Bookmark and Share