Home AZ | EN | RU

BDU-nun Alman və fransız dilləri kafedrasının tələbələri ADU-da şeir müsabiqəsində iştirak edib

20/12/2018

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin Fransız dilinin fonetikası və qrammatikası kafedrasının tələbələri ilə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Alman və fransız dilləri kafedrasının tələbələri arasında şeir müsabiqəsi keçirilib. Tədbirdə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri dosent Ülfət İbrahim, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Alman və fransız dilləri kafedrasının müdiri dosent Elmira Fərəcullayeva və Fransız səfirliyinin Fransız İnstitutunun direktoru Moris Rufin iştirak ediblər.
Tədbirin məqsədi tələbələrin fransız dilini daha da möhkəm mənimsəmələrinə kömək etməkdir. Münsifər heyətinin üzvləri - dosent əvəzi Xədicə Abdullayeva, b/m Ulduzə İsmayılova və dosent Teybə Cəlilovanın qərarı ilə nəticələr belə müəyyənləşdirilib: I yerə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Ayan Məmmədzadə (dos.əv Azelma Həsənovanın tələbəsi) və Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin Fransız dilinin fonetikası və qrammatikası kafedrasının tələbəsi Lalə Rüstəmli, II yerə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin Fransız dilinin fonetikası və qrammatikası kafedrasının tələbəsi Cəmilə Quliyeva və III yerə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbəsi Ülkər Rzayeva (b/m Mətanət Allahverdiyevanın tələbəsi) layiq görülüb.
Müsabiqədə iştirak edən bütün tələbələrə sertifikatlar və hədiyyələr verilib.

Bookmark and Share