Home AZ | EN | RU

BDU-nun Azərbaycan dilçiliyi kafedrasının əməkdaşı bir sıra beynəlxalq səviyyəli virtual konfrans və təlimlərə qatılıb

19/09/2020

BDU-nun Filologiya fakültəsi Azərbaycan dilçiliyi kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aygün Məhərrəmova pandemiya dövründə təşkil edilmiş bir sıra beynəlxalq səviyyəli virtual konfranslarda və təlimlərdə iştirak edib. O bu müddətdə Azərbaycan Müəllim İnkişafı Mərkəzi tərəfindən təşkil olunmuş “İllik Kembric günü konfransı. İngilis dilinin tədrisində Kembric ixtisaslaşdırılması. Azərbaycan” (“Annual Cambridge Day Conference. Cambridge English Teaching Qualifications. Azerbaijan”) və Türkiyə İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun keçirdiyi “Akademik yazı və elmi hakimlik seminarı” (“Academic Writing and Scientific Refereeing Seminar”) adlı virtual təlimlərə qatılaraq sertifikat alıb. Həmçinin A.Məhərrəmova onlayn şəkildə keçirilmiş müxtəlif beynəlxalq elmi konfranslarda: Şimali Koreyada “III. Asiya müasir elmlər beynəlxalq konqresi”ndə (3.Asia Pacific International Congress on Contemporary Studies) “Multikulturalizm və dil”, Cənubi Afrika Respublikasında “Elm, texnologiya və sosial elmlərdə müasir tədqiqatlar üzrə beynəlxalq Afrika konqresi"ndə (“International African Conference on Current Studies of Science, Tecnholigy and  Social Sciences”) “Qloballaşma şəraitində milli dillər” (“Küreselleşme Koşullarında Ulusal Diller”), Yaponiyada “Tokio Sammiti-2. Müasir elmlərdə innovativ tədqiqatlar üzrə II beynəlxalq Tokio konfransı”nda (Tokyo Summit-2. “2nd International Tokyo Conference on Innovative Studies of Contemporary Sciences”) “Poetik dildə frazeoloji birləşmələrin aktuallaşması” (“Actualization of phraseological units in poetic language”), Liviyada “Əl Ruha VII beynəlxalq sosial elmlər konqresi”ndə (7th International El Ruha Congress of Social Sciences) “Azərbaycan və Türkiyə türkcələrində alınma psixologiya terminlərinin mənimsənilməsi” (“Azerbaycan ve Türkiye Türkçelerinde yabancı psikoloji terimlerinin benimsenmesi üzerine) adlı məruzələrlə çıxış edib. Son iki konfransda həm də bölmə rəhbəri və moderator kimi iştirak edən A.Məhərrəmova 23-25 sentyabr 2020-ci il tarixlərində Macarıstanda keçiriləcək “VII. Atlas beynəlxalq sosial elmlər konqresi”nin (7. Atlas Uluslararsı Sosyal Bilimler Kongresi) akademik heyətinə üzv seçilib.

Bookmark and Share