Home AZ | EN | RU

BDU-nun Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

13/09/2020

2020-ci il sentyabrın 12-də Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin təşkilatçılığı ilə “Microsoft Teams” platforması vasitəsilə Dil, ədəbiyyat və dilçilik fəlsəfəsi üzrə beynəlxalq onlayn konfrans (ICPL 2020) keçirilib. Konfransda Azərbaycan, Rusiya, Braziliya, Rumıniya, Bolqarıstan, Ukrayna, İran, Pakistan, Amerika Birləşmiş Ştatları, İraq, Nigeriya, Oman, Gürcüstan, Yaponiya, Finlandiya və Səudiyyə Ərəbistanından müxtəlif elm adamları və gənc tədqiqatçılar iştirak edib. Bir gün davam edən elmi tədbir hər biri yeddi paneldən ibarət olmaqla, iki sessiya şəklində təşkil olunub. Konfransda Bakı Dövlət Univeristetinin Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Vəliyeva “Müvəqqəti yaşayış adlarının etnolinqvistik təhlili (XX əsr 50-60-cı illər Azərbaycan bədii üslubu əsasında)” və kafedranın doktorantı Nərmin Abdulhuseynli “Keyfiyyət bildirən sifətlərin adverbiallaşması” adlı məruzələrlə çıxış ediblər. Təmsilçilərimizin uğurlu çıxışları təşkilat komitəsi və konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib, sonda onların sertifikatla təltif olunacaqları vurğulanıb.

Bookmark and Share