Home AZ | EN | RU

BDU-nun dilçi alimləri XVI Uluslararası Böyük Türk Dili Qurultayında iştirak ediblər

28/09/2021

İhsan Doğramacı adına Bilkənd Universiteti, Yunus Əmrə İnstitutu, Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Həmrəylik Vəqfi, Mosul, Kərkük və Səlahəddin Universitetlərinin birgə təşkilatçılığı ilə 26 Sentyabr Türk Dili Bayramına həsr olunmuş XVI Uluslararası Böyük Türk Dili Qurultayı keçirilib. Dünyanın müxtəlif ölkələrindən tanınmış dilçi alimlərin və türkoloqların qatıldığı mötəbər beynəlxalq tədbirdə müasir türk dilləri, türk dillərinin tarixi, etimologiyası və onomastikası, dialektologiya, türk lüğətçiliyi, dil əlaqələri və dil siyasəti, türk xalqları ədəbiyyatı mövzularında məruzələr dinlənilib.
“Zoom” platforması üzərindən təşkil olunmuş qurultayda Bakı Dövlət Universitetini Filologiya fakültəsinin dilçi alimləri və gənc tədqiqatçıları uğurla təmsil ediblər. BDU-nun Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları – kafedra müdiri, professor Sənubər Abdullayeva “Türk Lehçelerinde Bazı Arkaik Eklerin Zarf Türetmede Rolü”, professor Zemfira Şahbazova “Bazı Türk Lehçelerinde Kullanılan İkilemelerin Lengüistik Özellikleri”, dosent Mehriban Əlizadə “Çağdaş Azerbaycan Türkçesinin Üslûbi Yapısında Paradigmalar”, dosent Reyhan Həbibli “Karabağ’ın Türkçe Kökenli Fitotoponimleri”, Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva “Ünlü Uzamasının Tür Çeşitliliği Dilin Vokal Sisteminin Tarihi Görünümünde (XVII. Yüzyıl Dil Materyali Bazında)”, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva “Türkçede Bazı Leksik Birimlerin Dilin Gramatik Yapısındaki İşlevi”, Azərbaycan dili və nitq mədəniyyəti kaferdrasının dosenti Samirə Mərdanova “Azerbaycan  Masallarında Aile Günlük Konuşma Üslûbunun Özellikleri”, “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov “İsveç’te Türk Lehçelerinin Öğrenilmesi Üzerine Araştırmalar”, Ümumi dilçilik kafedrasının doktorantı Fəridə Cəmilli “Erkek ve Kadın Konuşmalarında Cinsiyet Tezahürünün Esas Özellikleri” adlı mərzuələrlə çıxış ediblər. Həmçinin dosent Q.Abdullayeva bölmə iclaslarından birinə sədrlik edib.
Ümumən, təmsilçilərimizin çıxışları böyük maraqla qarşılanıb və məruzələr ətrafında maraqlı müzakirələr aparılıb. Sonda məruzəçilər sertifikatlarla təltif olunub.

Bookmark and Share