Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin cari ildə ilk iclası keçirilib

10/03/2021

BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin cari ildə ilk iclası keçirilib. TEC-in yeni fəaliyyət istiqamətinin, həmçinin idarə heyətinin və üzvlərinin müəyyənləşdirilməsi məqsədilə təşkil olunan tədbirdə fakültənin dekan müavinləri - dosent Mehriban Əlizadə və Anar Fərəcov, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dissertantı, TEC-in elmi rəhbəri Gülnar Axundova, elmə xüsusi marağı olan tələbə və magistrantlar iştirak ediblər. İclasda cari tədris ilində TEC-in görəcəyi işlər haqqında fikir mübadiləsi aparılıb, təşkilatın idarə heyətinin strukturu və iş prinsipləri haqqında məlumat verilib.
Sonda TEC-in idarə heyətinin tərkibi yenidən formalaşdırılıb. Filologiya fakültəsinin II kurs tələbsi Fidan Hüseynova TEC-in yeni sədri seçilib.

Bookmark and Share