BDU-nun Filologiya fakültəsi tələbələrinin növbəti elmi uğuru
28/02/2020Fevralın 28-də Xəzər Universitetində Hamlet İsaxanlının doğum gününə həsr olunmuş “Humanitar elmlər: dünən, bu gün və sabah” adlı tələbə elmi konfransı keçirilib. Açılış mərasimindən sonra dörd bölmə üzrə davam edən konfransda 50-dən çox məruzə dinlənilib.
Konfransda Bakı Dövlət Universitetini Filologiya fakültəsinin tələbələri uğurla təmsil ediblər. Fakültənin I kurs tələbələri Esmira Muxtarova “Azərbaycan dilində “ailə” anlayışı”, Səbinə Əliyeva “Qadın dilinin xüsusiyyətləri”, II kurs tələbəsi Çinarə Əlibabayeva “Mikayıl Müşfiq yaradıcılığında sevgi motivi”, III kurs tələbəsi İlknur Pənahlı “Təsəvvüf ədəbiyyatında nöqtə, xal rəmzləri”, IV kurs tələbəsi Aytən Şamilova “Klassik ədəbiyyatda “zülf” anlayışı” adlı məruzulərlə çıxış ediblər. Məruzələr dinləyicilər tərəfindən maraqla qarşılanıb. Bölmə iclasları bitdikdən sonra iştirakçılara sertifikatlar təqdim olunub.
Bağlanış mərasimində bölmə sədrlərinin hesabatı dinlənilib. Konfrans musiqili-bədii hissə ilə yekunlaşıb. Konfransın materiallar toplusu tezliklə elektron şəkildə yayımlanacaqdır.
