Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsi tələbəsinin həmmüəllifliyi ilə “Zəfər tariximiz” adlı kitab işıq üzü görüb

19/01/2021

Bakı şəhəri akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin direktoru Xədicə Babayeva və BDU-nun Filologiya fakültəsinin IV kurs tələbəsi Sərxan Şahverdiyevin həmmüəllifliyi ilə II Qarabağa müharibəsinə həsr olunmuş “Zəfər tariximiz” adlı kitab işıq üzü görüb.
Kitabdakı məlumatlar “II Qarabağ müharibəsinin tarixi zəmini”, “II Qarabağ müharibəsininin xronologiyası (27 sentyabr - 10 noyabr)”, “Mühüm iddialar (daxili və beynəlxalq aləmdə)”, “Kiber hücumlar”, “Daxili vəziyyət (hər iki ölkə üzrə)”, “Ümumi reaksiyalar (daxili və xarici)”,  “Gəncə terroru”, “Bərdə terroru” başlıqları adı altında öz əksini tapıb.
Mötəbər daxili və xarici qaynaqlara istinadən qələmə alınmış kitabın sonunda ədəbiyyat siyahısı da təqdim olunub.

Bookmark and Share