Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsinin kollektivinə ağır itki üz verib

28/04/2022

Bakı Dövlət Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının professoru, filologiya elmləri doktoru  Leyla Zeynal qızı Gərayzadə 75 yaşında vəfat edib.
Leyla Gərayzadə 1947-ci ildə Qazaxıstan Respublikasının Taldı-Kurqan vilayətində anadan olub. 1937-ci ildə ailəsi repressiyaya məruz qalıb və reabilitasiya olunduqdan sonra vətənə qayıdıb. 1964-1971-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində “Rus dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alıb. 1973-cü ildən Bakı Dövlət Universitetində çalışıb.
1989-cu ildə “Sergey Vasiliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda namizədlik, 2011-ci ildə “Milli və ümumbəşəri amillər Azərbaycan və Orta Asiyanın rusdilli yazıçılarının yaradıcılığında” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2016-cı ildən Rus ədəbiyyatı tarixi kafedrasının professoru idi.
“Rusdilli yazıçılarının yaradıcılığında etno-epik yaddaşın problemləri”, “Qərbi Azərbaycan salnamələri (həmmüəllifli), “Seysmoloji qurşaq”, “Rusdilli türk yazıçılarının ideoloji axtarışları”, “Çingiz Aytmatovun dünyası” adlı kitabların, onlarla məqalənin müəllifi idi.
Allah rəhmət eləsin!

Bookmark and Share