Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində 17 Noyabr - Milli Dirçəliş Günü qeyd olunub

17/11/2021

BDU-nun Filologiya fakültəsində Könüllülər Təşkilatının təşəbbüsü ilə 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən dosent Cavanşir Muradov azadlığımız və ərazi bütövlüyümüz uğrunda Azərbaycan xalqının apardığı tarixi mübarizələrdən, Milli Dirçəliş Gününə gedən tarixi yolun və 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin əhəmiyyətindən söz açıb, o dövrlə bağlı xatirələrini bölüşüb, milli məsələlərdə gəncləri yumruq kimi bir olmağa çağırıb.
Sonra Filologiya fakültəsinin könüllüləri - Fatimə Şirinova, Solmaz Sultanlı və başqaları Milli Dirçəliş Gününün tarixindən, bu tarixi zərurəti doğuran səbəblər və onun nəticələrindən, Dövlət Müstəqilliyinin Bərpasından sonra ölkəmizdə Ulu öndər Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən misilsiz quruculuq işlərindən danışıblar.  
Filologiya fakültəsinin tələbəsi Ellada Mahmudovanın moderatorluğu ilə keçirilən tədbirdə I kurs tələbələrinin - Vüsal Nağıyevin “Heydər Əliyevlə dirçəlişə gedən yol” adlı çıxışı dinlənilib, Nərgiz Rüstəmovanın hazırladığı videoçarx təqdim olunub.

Bookmark and Share