Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində birinci kurs tələbələri ilə onlayn görüş keçirilib

06/11/2020

2020-ci il 6 noyabr tarixində BDU-nun Filologiya fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə onlayn görüş keçirilib. Görüşdə fakültə rəhbərliyi və tələbələr iştirak ediblər.
Virtual görüşü giriş sözü ilə açan Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, dosent Cavanşir Muradov universitetə qəbul olmaları münasibətilə bütün tələbələri təbrik edərək onlara uğurlar arzulayıb. O, iştirakçılara fakültənin tarixi, elmi mühiti, görkəmli məzunları və alimləri barəsində, həmçinin BDU-dakı mövcud təhsil və tədris sistemi haqqında məlumat verib, hazırki şəraitdə tədris prosesinin təşkili qaydalarına aydınlıq gətirib.  
Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov tələbələrin universitetin elmi-mədəni və ictimai həyatındakı fəallığının əhəmiyyətindən, tələbəlik həyatının maraqlı məqamlarından söz açıb. Bildirib ki, fakültədə fəaliyyət göstərən tələbə təşkilatları istedadlı gənclərin üzə çıxarılması istiqamətində mühüm işlər görür.
I kurslar üzrə akademik məsləhətçi Aygün Mürsəlova kredit sistemi ilə təhsil alan tələbələrin biliklərinin qiymətlədirilməsi qaydaları və imtahanların təşkili haqqında ətraflı məlumat verib.
Microsoft Teams Platforması vasitəsi ilə baş tutan görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.

Bookmark and Share