Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində dosent Məti Osmanoğlu ustad dərsi aparıb

20/04/2019

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Elmi Birliyi və “Söz” Yaradıcılıq Birliyinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlunun “Təhkiyə, müəllif, oxucu” mövzusunda ustad dərsi keçirilib. Tədbirdə BDU-nun və Xəzər Universitetinin bakalavriat və magistrantları iştirak edib.
Tələbə elmi seminarının rəhbəri, Ümumi dilçilik kafedrasının I kurs magistrantı Qismət Cəfərov tədbiri açdıqdan sonra söz M.Osmanoğluna verilib. Mövzu haqqında ətraflı məlumat verən ədəbiyyatşünas alim müasir ədəbi prosesin aktual problemləri olan müəllif, təhkiyə və oxucu məsələlərinə aydınlıq gətirib.
Daha sonra M.Osmanoğlu auditoriyanın suallarını cavablandırıb. İştirakçılardan BDU-nun Filologiya fakültəsinin tələbələri Orxan Həsənzadə, Nərmin Məmmədova və Şəhanə Abdullazadə, Xəzər Universitetinin Filologiya fakültəsinin III kurs tələbəsi Fəridə Fərzəliyeva və başqaları məruzəçi ilə birgə mövzu ətrafında fikir mübadiləsi aparıb, bir sıra məsələlərə öz münasibətlərini bildiriblər.
Sonda Məti Osmanoğlu müəllifi olduğu “Ocaq yeri” kitabını  tələbələrə hədiyyə edib.

 

Bookmark and Share