Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində “Elmi işlərin yazılma qaydaları” adlı elmi-praktik seminar keçirilib

09/04/2021

BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Elmi işlərin yazılma qaydaları” adlı elmi-praktik seminar keçirilib. Seminarda Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Mehriban Əlizadə, TEC-in elmi rəhbəri Gülnar Axundova buraxılış işləri və magistr dissertasiyalarının tərtibi prinsipləri, məqalələrin yazılma qaydalarından danışıblar. Əyani materiallar əsasında məqalə və tezislərin hazırlanmasının elmi və texniki cəhətləri, elmi məqalədə problemin qoyuluşu, həlli, araşdırmanın giriş, nəticə və xülasə hissələrinin yazılması ilə bağlı bir çox məqamlara aydınlıq gətirilib. TEC-in sədri Fidan Hüseynova, fəal üzv Məleykə Mirzəli çıxış edərək tələbələrə tövsiyələrini bildiriblər. Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Bookmark and Share