Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində Gənclər Günü qeyd olunub

01/02/2021

BDU-nun Filologiya fakültəsində 2 Fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Müasir Azərbaycan gənci” adlı tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov tələbələri əlamətdar gün münasibəti ilə təbrik edərək, ölkədə həyata keçirilən gənclər siyasətindən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açıb, fakültə tələbələrinin sosial aktivliyini yüksək qiymətləndirib.
Filologiya fakültəsi üzrə Tələbə Gənclər Təşkilatının sədri Həsrət Emçiyev, Tələbə Elmi Cəmiyyətinin sədri Məleykə Mirzəli, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Sezər Məmmədli və “Folklor” dərnəyinin sədri Kənan Orucov tələbələrin elmi-mədəni və sosial-ictimai sahələrdəki fəaliyyətlərindən, qarşıda dayanan vəzifələrdən, gənclərin Vətən Müharibəsində aktiv iştirakından danışıblar.
TEC-in elmi rəhbəri Gülnar Axundova Gənclər Günü münasibətilə iştirakçıları təbrik edib, xüsusilə pandemiya şəraitində tələbələrin sosial fəallığının əhəmiyyətindən bəhs edib.
Sonra bir qrup aktiv tələbəyə fakültə dekanı dosent Elçin Məmmədovun imzası ilə “Fəxri fərman”lar təqdim edilib.
Tədbirdə Fidan Səfərlinin ifasında musiqi səsləndirilib.

Bookmark and Share