Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində Hüseyn Cavidin xatirəsinə həsr olunmuş tədbir keçirilib

24/10/2021

BDU-nun Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 139, vəfatının 80 illiyinə həsr olunmuş “Hüseyn Cavid ömrü” adlı onlayn tədbir keçirilib.
Tədbirin aparıcısı Elnur Ağayev giriş sözü ilə çıxış edərək böyük ədibin mənalı, eyni zamanda faciəli həyat yolundan söz açıb.
Sonra Filologiya fakültəsinin I kurs tələbələri - Rəna Ağayeva, Fatimə Şirinova, Ülviyyə Orucova, Nağızadə Fatimə, Fəridə Süleymanova və Tələbə Gənclər Təşkilatının layihələr üzrə meneceri Gülnar Hüseynova çıxış edərək, Hüseyn Cavidin həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərdən söz açıb, milli-tarixi mövzularda yazdığı əsərlərinin bu gün də aktuallıq daşımasından və gənclər tərəfindən sevilərək oxunmasından bəhs ediblər.
Sonda tələbələr ədibin zəngin irsi ilə bağlı müzakirələr aparıb, mütəmadi olaraq şairin yaradıcılıq gecələrinin keçirilməsinin gənclər üçün əhəmiyyətini vurğulayıblar.

Bookmark and Share