Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova ilə görüş keçirilib

05/11/2018

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin təşəbbüsü ilə Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova ilə tələbələrin görüşü keçirilib.
Açılış nitqi ilə çıxış edən Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov iştirakçıları və qonaqları salamlayaraq, İradə Axundovanın Azərbaycana, eləcə də məzun olduğu universitetə olan sevgi və diqqətini yüksək qiymətləndirib. O, belə görüşlərin tələbələrin diasporla tanışlığında və vətənpərvərlik düşüncəsinin inkişafında mühüm rol oynayacağını bildirib.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə əsas hədəflərinin tələbə gənclərin Azərbaycan diasporu haqqında düşüncəsini inkişaf etdirmək, informasiya müharibəsinin getdiyi bir dövrdə onların rolunu gücləndirmək olduğunu qeyd edib.
O, diaspor jurnalisti olaraq xaricdə yaşayan azərbaycanlılarla müntəzəm layihələr həyata keçirdiklərini deyib.
İradə Axundova 1978-1982-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil aldığını deyərək doğma ocaqda olmaqdan məmnunluğunu ifadə edib. Səmimi görüşə görə BDU rəhbərliyinə təşəkkür edən İradə Axundova tələbələrə vətən sevgisi ilə yaşamağı, öz ixtisaslarına mükəmməl yiyələnməyi tövsiyə edib. Digər çıxışçılar da Azərbaycan gənclərinin ictimai aktivliklərinin perspektivləri, onların informasiya müharibəsinin aparılmasında rolu mövzularından ətraflı bəhs ediblər. Sonda tələbələrin sualları cavablandırılıb.

 

Bookmark and Share