Home AZ | EN | RU

Filologiya fakültəsində I Bakı Türkoloji Qurultayının 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

28/12/2016

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində I Bakı Türkoloji Qurultayının 90 illik yubileyinə həsr olunmuş «Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)» mövzusunda Respublikaelmi konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı fil.f.d. Elçin Məmmədov I Türkoloji qurultayın tarixindən və bu konfransın əhəmiyyətindən danışıb. O, həmçinin bildirib ki, konfransa Azərbaycanın 15 elm və təhsil müəssisəsindən ümumilikdə 168 məqalə ilə 182 nəfər qatılıb. Natiq konfransın materiallar toplusunda respublikamızın görkəmli alimlərinin məqalələri ilə yanaşı, bakalavr və magistratura pillələrində təhsil alan gənclərin də məqalələrinin geniş yer almasını müsbət hal kimi qiymətləndirib.
Sonra Türkologiya kafedrasının professoru Elbrus Əziziov çıxış edərək qurultayda türk dillərinin tarixi və inkişaf mərhələlərindən bəhs edib. Ardınca prof. Cəlil Nağıyev I Türkoloji qurultayın pərdəarxası məqamlarından danışıb, mühüm məsələlərə toxunub.
Daha sonra çıxış edənlər: dos. Rəhilə Quliyeva I Türkoloji qurultayda orfoqrafiya məsələlərindən, dos. Məhbubə Qurbanova qurultayın türkologiya tarixindəki rolundan, Pərvin Eyvazov prof. B.Çobanzadənin fəaliyyətindən, Ramil Bayramov terminologiya məsələlərindən danışaraq bu mötəbər və tarixi hadisənin mahiyyətindən, dünya türkologiyasına verdiyi töhfələrdən bəhs ediblər.
Plenardan sonra konfrans öz işini  “Dilçilik” və “Ədəbiyyatşünaslıq”  bölmələri üzrə davam etdirib. (I Bakı Türkoloji Qurultayının 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransının materialları-pdf)


Foto: Nihad Mikayıllı (Filologiya fakültəsinin tələbəsi).

 

 

 

Bookmark and Share