Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş onlayn tədbir keçirilib

12/12/2020

Dekabrın 12-də BDU-nun Filologiya fakültəsində Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin dövlət müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaradan Ümummilli Liderimiz Heydər Əliyevin anım gününə həsr olunmuş onlayn tədbir keçirilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətindən, milli dövlətçiliyin gücləndirilməsi istiqamətində gördüyü mühüm işlərdən, ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan, Azərbaycan dilinin, ədəbiyyatının və mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb, bu gün ölkəmizin əldə etdiyi parlaq qələbələrin Ulu öndərin zəngin irsindən qaynaqlandığını vurğulayıb.
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri professor Hüseyn Əsgərov, Rus ədəbiyyatı tarixi kafedrasının professoru Leyla Gərayzadə, dosentlər - Əhəd Cavadov və Reyhan Həbibli çıxış edərək, Ulu Öndərin Azərbaycan elminə və təhsilinə, milli-mənəvi dəyərlərimizin qorunmasına göstərdiyi diqqət və qayğıdan söz açıb, dahi rəhbərlə bağlı xatirələrini bölüşüblər. Həmçinin çıxışlarda xüsusi qeyd olunub ki, hazırda Ümummilli Liderin siyasi kursunu ləyaqətlə davam etdirən Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı böyük tarixi zəfərlərə imza atır, dünyanın aparıcı dövlətləri arasında öz imzası ilə seçilir.   
Sonra I kurs tələbəsi Ayşən Nəbiyevanın təqdimatı ilə tələbələrə söz verilib. Fakültənin I kurs tələbələri - Türkan Hüseynova, Aysu Məhərrəmova və Ruslan Mustafayev, II kurs tələbəsi Aynurə Ataşova Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, dahi liderin gənclər siyasətindən ətraflı bəhs ediblər.   
Sonda fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri Həsrət Emçiyev çıxış edərək, bütün tələbələrə təşəkkürünü bildirib.

 

Bookmark and Share