BDU-nun Filologiya fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan filologiyası” mövzusunda onlayn elmi konfrans keçiriləcək
06/05/202022 may 2020-ci il tarixində Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan filologiyası” mövzusunda onlayn elmi konfrans keçiriləcək. COVİD-19 pandemiyası şəraitində tədbirlər çərçivəsində iştirakçıların konfransa Zoom proqramı vasitəsilə qatılması nəzərdə tutulur.
Konfransda iştirak etmək istəyənlər öz məqalələrini 18 may 2020-ci il tarixinədək təşkilat komitəsinin [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Konfransın təqvimi:
- Məqalə mətnlərinin göndərilməsi üçün son tarix – 18 may 2020-ci il
- Qəbul olunmuş məqalələrin elan edilməsi – 20 may 2020-ci il
- Konfransın keçirilməsi tarixi – 22 may 2020-ci il
Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis dilləri
Konfrasın mövzuları:
- Heydər Əliyev və Azərbaycan filologiyası məsələləri
- Dilçilik
- Ədəbiyyatşünaslıq
Məqalənin tərtib forması:
Məqalə işçi dillərdən birində 5-10 səhifə həcmində Times New Roman şrifti ilə, 14 ölçüdə, sətirlərarası interval 1,5, paraqraf abzası 1 sm, səhifəkənarı ölçülər 2 sm olmaqla yazılmalıdır.
Məqalənin əvvəlində ortadan tünd-qara şriftlə, böyük hərflərlə müəllifin adı, atasının adı, soyadı; onun altından kursivlə elmi dərəcəsi, vəzifəsi və aid olduğu təşkilat qeyd olunmalıdır.
Məqalənin adı ortada böyük hərflərlə, ondan sonra əsas mətn verilməlidir.
Məqalələrin məzmunu elmi yeniliyi və aktuallığı ilə fərqlənməlidir.
Ədəbiyyat siyahısı məqalənin sonunda “İstifadə olunmuş ədəbiyyat” adı ilə verilməli və əlifba sırası gözlənilməlidir. Mətndə ədəbiyyata istinadlar mötərizədə mənbənin siyahıdakı nömrəsini və götürülən sitatın səhifəsini göstərməklə verilməlidir. (5, s. 132) və ya [3, s. 76].
Xülasə və açar sözlər: xülasə 5 cümlədən, açar sözlər isə 5 sözdən az olmamalıdır.
Konfransa elmi dərəcəsi olan şəxslər (fəlsəfə və elmlər doktorları), müəllimlər, elmi işçilər, doktorantlar, magistrantlar və tələbələr (2 məqalə ilə də) qatıla bilər. Göstərilən tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək.
Konfransa təqdim olunmuş yazılar təşkilat komitəsi tərəfindən dəyərləndirildikdən sonra müəlliflərə elektron poçt ünvanı vasitəsilə məlumat veriləcəkdir.
Konfransla bağlı əlavə məlumatlar iştirakçılara [email protected] elektron poçt ünvanı vasitəsilə çatdırılacaqdır.
