Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində “Music club”un ilk təqdimatı baş tutub

15/10/2019

15 oktyabr 2019-cu il tarixində BDU-nun Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyətə başlayan “Music club”un ilk təqdimatı baş tutub.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov tələbələrin asudə vaxtlarının səmərəli keçməsində bir sıra sosial fəaliyyətlərlə yanaşı, “Music club”un da mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Daha sonra “Music club”un sədri Aysu Nəzərli klubun məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib. Tədbirdə tələbələrin ifa etdiyi musiqi nömrələri izləyicilərdə xoş ovqat yaradıb.
Qeyd edək ki, “Music club” Filologiya fakültəsi TGT-nin nəzdində yaradılmış sayca dördüncü inkişaf ocağıdır.

 

 

Bookmark and Share