Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində “Nəsimi və folklor” mövzusunda seminar keçirilib

17/12/2019

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədəbiyyatımızın görkəmli nümayəndəsi, böyük şair İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı 15 noyabr 2018-ci il tarixli və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında 11 yanvar 2019-cu il tarixli Sərəncamlarına əsasən, BDU-nun Filologiya fakültəsində “Nəsimi və folklor” adlı elmi seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinin əhəmiyyətindən söz açıb, fakültədə təşkil olunan tədbirlər haqqında məlumat verib.
“Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının müdiri professor Səhər Orucova Nəsimi yaradıcılığında folklor motivlərindən bəhs edib, elmi seminarın önəmindən danışıb.
Kafedranın I kurs magistrantı Sürəyya Bayramova “Nəsimi və folklor”, fakültənin I kurs tələbəsi Aysel Məcidli “Kino tarixində “Nəsimi” filmi” mövzularında məruzələr ediblər. Fakültənin II kurs tələbəsi Nəzrin Xəlilova Fikrət Əmirovun 1973-cü ildə yazdığı “Nəsimi dastanı” baletindən rəqs ifa edib. Filologiya fakültəsinin I kurs tələbəsi Fidan Mədətova Nəsiminin “Mərhaba” şeirini səsləndirib. Bədii hissəli elmi seminarda “Folklor” dərnəyinin üzvləri tərəfindən “Nəsimi bioqrafiyası”ndan bir hissə səhnələşdirilib.

Bookmark and Share