Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində professor Məmmədəli Qıpçaq ustad dərsi aparıb

02/04/2019

BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə Universitetin 100 illik yubileyinə həsr olunmuş “BDU-da türkoloji araşdırmalar (dilçilik məsələləri)” adlı ilk ustad dərsi baş tutub. Türkologiya kafedrasının professoru Məmmədli Qıpçağın apardığı ustad dərsində müəllimlər, gənc tədqiqatçılar və tələbələr iştirak edib.  
Tələbə elmi seminarının rəhbəri, Ümumi dilçilik kafedrasının I kurs magistrantı Qismət Cəfərov tədbiri açdıqdan sonra söz professor M.Qıpçağa verilib. Dilçi alim ustad dərsi boyunca BDU-da türkologiyanın aktual məsələlərinin öyrənilməsindən, türkoloji dilçiliyin əsas problemlərindən söz açıb, türk dillərinin qrammatik quruluşu və bununla bağlı elmdə hələ də mübahisə doğuran məqamlar haqqında məlumat verib.
Sonda M.Qıpçaq auditoriyanın suallarını cavablandırıb. İştirakçılar məruzəçi ilə birgə mövzu ətrafında fikir mübadiləsi aparıb, mübahisəli məsələlərə öz münasibətlərini bildiriblər.

 

Bookmark and Share