Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində professor Tofiq Hacıyev ustad dərsi aparıb

10/05/2019

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə BDU-nun 100 iliyinə həsr olunmuş “BDU-da Azərbaycan dilçiliyi məsələlərinin öyrənilməsi” mövzusunda Azərbaycan dilçiliyi kafedrasının professoru Tofiq Müzəffər oğlu Hacıyevin ustad dərsi keçirilib. Tədbirdə BDU-nun Türkologiya kafedrasının professoru Məmmədəli Qıpçaq, Azərbaycan dilçiliyi kafedrasının müəllimi Nahidə Həsənova, bakalavriat və magistrantlar iştirak edib.
Tələbə elmi seminarının rəhbəri, Ümumi dilçilik kafedrasının I kurs magistrantı Qismət Cəfərov tədbiri açdıqdan sonra söz məruzəçiyə verilib. Mövzu üzrə məruzə edən T.Hacıyev BDU-da Azərbaycan dilçiliyi məsələlərinin öyrənilməsindən, bu sahədə görkəmli dilçi alimlərin fəaliyyətindən söz açıb. Tələbələrin diqqətini dilçiliyin bir neçə əsas probelminə yönəldən natiq xüsusən müasir Azərbaycan dilində feilin növ kateqoriyası haqqında məlumat verib, problemlə bağlı mübahisəli məsələlərə aydınlıq gətirib.
Daha sonra T.Hacıyev auditoriyanın suallarını cavablandırıb. Professor M.Qıpçaq, fil.f.d. N.Həsənova, tələbələrdən İlkanə Məmmədova, Məleykə Mirzəli, Fidan Quliyeva, Kəmalə Rəhimli və başqaları məruzəçi ilə birgə mövzu ətrafında fikir mübadiləsi aparıb, bir sıra məsələlərə öz münasibətlərini bildiriblər.
Ustad dərsi qarşılıqlı müzakirlərlə başa çatıb.

 

Bookmark and Share