Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində “Söz” Yaradıcılıq Birliyinin onlayn görüşü keçirilib

12/03/2021

BDU-nun Filologiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Söz Yaradıcılığı Birliyinin onlayn görüşü keçirilib.
Tədbirin moderatoru, Filologiya fakültəsi THİK-in sədri Sezər Məmmədli giriş nitqində Azərbaycan ədəbiyyatına göstərilən dövlət qayğısından, Söz Yaradıcılığı Birliyinin fəaliyyət istiqamətindən və təşkilatın qarşısında dayanan əsas vəzifələrdən, bu istiqamətdə həyata keçiriləcək tədbirlərin zəruriliyindən bəhs edib.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov Söz Yaradıcılığı Birliyinin fəaliyyətini bərpa etməsi ilə bağlı təşəbbüsü müsbət qiymətləndirdiyini, istedadlı tələbələrin bu Birlikdə fəaliyyət göstərərək daha da inkişaf edəcəklərini, gələcəkdə universitet səviyyəsində yaradıcı gənclərin buraya cəlb ediləcəyini, yazıların respublikanın bu sahə üzrə nüfuzlu mətbuat  orqanlarında çap ediləcəyini bildirib.
BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məti Osmanoğlu Birliyin üzvlərinə uğurlar arzulayaraq ədəbiyyat aləmində öz zəngin təcrübəsini iştirakçılarla bölüşüb. Onlara bu sahədə səmərəli fəaliyyət göstərməyin üsullarından söz açıb, Birliyin görəcəyi işlərlə bağlı məlumat verib.
Görüşdə fakültənin IV kurs tələbəsi Cəmil Cəmilbəylinin “Qalsın sənə” və ”Dağlara”, I kurs tələbələri Ruslan Mustafayevin “Olmur” və “Xarı bülbül”, Ayna Əhmədlinin “Vətənimə qayıdıram” adlı ədəbi nümunələri dinlənildikdən sonra onların müzakirəsi aparılıb.

Bookmark and Share