Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində “Söz” Yaradıcılıq Birliyinin görüşü keçirilib

09/04/2022

BDU-nun Filologiya fakültəsində “Söz” Yaradıcılıq Birliyinin növbəti görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov “Söz” Yaradıcılıq Birliyinin fəaliyyətinin daha da aktivləşməsi üçün görüləcək işlərdən, qarşıda dayanan əsas vəzifələrdən söz açıb. Bildirib ki, bədii yaradıcılıqla məşğul olan tələbələr bu Birlikdə fəaliyyət göstərərək daha da inkişaf edəcəklər, gələcəkdə universitet səviyyəsində istedadlı gənclər buraya cəlb ediləcək, onların yazıları respublikanın bu sahə üzrə nüfuzlu mətbuat orqanlarında çap ediləcək. Çıxışda respublikamızın tanınmış ədəbiyyat xadimlərinin Birliyin üzvləri ilə mütəmadi şəkildə görüşlərinin də təşkil ediləcəyi də vurğulanıb.
BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı Birliyin üzvlərinə uğurlar arzulayıb və ədəbiyyat aləmində olan zəngin təcrübəsini iştirakçılarla bölüşüb. Onlara bu sahədə səmərəli fəaliyyət göstərməyin üsullarından, yazı texnikasının xüsusiyyətlərindən söz açıb, həmçinin müasir ədəbi prosesi daim izləmələrini tövsiyə edib.
Görüşdə fakültənin II kurs magistrantı Gülay Tahirli, II kurs tələbəsi Ayna Əhmədli, I kurs tələbəsi Tərlan Allahverdiyeva öz bədii yaradıcılıqlarından nümunələr səsləndiriblər. Daha sonra həmin nümunələrin geniş müzakirəsi aparılıb.

Bookmark and Share