Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə növbəti kitab müzakirəsi keçirilib

05/02/2021

BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Books club” adlı kitab klubunun növbəti müzakirəsi keçirilib. “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbiri giriş sözü ilə açan fakültənin III kurs tələbəsi, klubun təmsilçisi Aytac Hüseynli  Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri haqqında məlumat verib. Sonra klub üzvləri əsərin ideya-məzmunu və bədii təhlili ətrafında fikir mübadiləsi aparıb, süjet xətti ilə bağlı mühüm məsələləri müzakirə ediblər.  Müzakirələrdə aktiv iştirak edən tələbələr: Ləman Cəfərzadə, Günel Əliyeva, Telli İmranlı, Ləman Babazadə, Rəhiməxanım Əlipənahova, Nuray Veysəlli, Leyla Əliyeva və başqaları kitab haqqında fikirlərini bölüşüb, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Sonda fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri Həsrət Emçiyev çıxış edərək, bütün aktiv tələbələrə təşəkkürünü bildirib.

Bookmark and Share