Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə rəssamlıq klubu təlim keçirib

10/02/2021

BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Art club”ın növbəti təlimi keçirilib. Təlimdə Filologiya fakültəsi ilə yanaşı, digər fakültələrin tələbələri də aktiv iştirak edib.
Klubun təmsilçisi Fərid Qurbanov rəsmlə məşğul olmağın faydalarından danışıb, portretin çəkilməsi haqqında ətraflı məlumatlar verib. Bu sahədə tələbələrin maraq dairəsinin mühüm faktor olduğunu vurğulayan təlimçi ilk dərsdə insan gözünün çəkilməsini izah edib, tələbələrin çəkdikləri nümunələr əsasında doğru və yanlış məqamlara aydınlıq gətirib, diqqəti vacib məsələlərə yönəldib.  
Müzakirələrdən sonra növbəti təlimin mövzusu müəyyənləşdirilib.

Bookmark and Share