Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində “Türkləşmək, islamlaşmaq, avropalaşmaq” mövzusunda seminar keçirilib

13/11/2019

12 noyabr 2019-cu il tarixində Bakı Dövlət Universitetinin  Tələbə Həmkarlar İttifaqı Komitəsi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Türkləşmək, islamlaşmaq, avropalaşmaq” mövzusunda seminar keçirilib.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.  Seminarı Filologiya fakültəsi üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nadir Rzazadə açıq elan edərək, Azərbaycan bayrağının yaranma tarixi haqqında məlumat verib.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkərək, yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən söz açıb. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən, Dövlət Bayrağına münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu nəzərə çatdırıb.
Daha sonra çıxış edənlər: BDU-nun Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər və professor Əsədulla Qurbanov dövlət bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi, qüdrətinin rəmzi olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını vurğulayıb, öz dəyərli fikirlərini tələbələrlə bölüşüblər.

Bookmark and Share