Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində “Ulduz” jurnalının görüşü keçirilib

01/07/2019

"Ulduz" jurnalının BDU-nun Filologiya fakültəsində görüşü keçirilib. Səməd Vurğun adına auditoriyada gerçəkləşən tədbirdə jurnalın baş redaktoru Qulu Ağsəs, DGTYB-nin başqanı İntiqam Yaşar, şairlər Taleh Mansur, Adilə Nəzər, Dayandur Sevgin "Söz" Yaradıcılıq Birliyinin qonağı olublar. Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov, professor Yeganə İsmayılova və dosent Məti Osmanoğlu jurnalın son sayında yazıları çap olunmuş tələbələrlə birgə görüşdə ədəbi müzakirələr aparıblar. Gənclər yeni şeirlərini oxuyub və onların maraqlandıran suallarla jurnal əməkdaşlarına müraciət ediblər. Növbəti görüş yeni tədris ilinə planlaşdırılıb.

 

Bookmark and Share