Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsinin əməkdaşları Ankarada beynəlxalq simpoziumda iştirak edib

07/10/2019

YUNESKO-nun qərarına əsasən, 2019-cu ildə türk-islam mədəniyyətinin möhtəşəm abidəsi sayılan Yusif Balasaqunlunun “Qutadqu bilik” əsərinin 950 illiyi qeyd olunur. Yubiley münasibətilə 3-5 oktyabr 2019-cu il tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində Hacı Bayram Vəli Universitetinin təşkilatçılığı ilə “Qutadqu bilik” və türk dünyası” beynəlxalq simpoziumu keçirilib. Dünyanın müxtəlif ölkələrini təmsil edən elm adamlarının qatıldığı tədbirdə “Qutadqu bilik” əsərinə, o cümlədən türkologiyanın aktual problemlərinə həsr olunmuş məruzələr dinlənilib.
Simpoziumda Bakı Dövlət Universitetini Filologiya fakültəsinin əməkdaşları: professor Zemfira Şahbazova, dosentlər: Qızılgül Abdullayeva, Fikrət Əlizadə, Məhəmməd Məmmədov, Reyhan Həbibli, Sevinc Qocayeva, Mehriban Əlizadə və fil.f.d. Aygün Məhərrəmova təmsil edib.   
Bölmə iclaslarında Zemfira Şahbazovanın “Azerbaycan ve Türkiye Türkçelerinde Somatik Deyimler”, Qızılgül Abdullayevanın “Yusuf Has Hacibʼin “Kutadgu Bilig” Abidesi ve Çağdaş Azerbaycan Türkçesinin Söz Varlığında İntegral ve Diferansiyelliğin Faktoloji Tezahürü”, Reyhan Həbiblinin “Türk Lehçelerinde Kosmoantroponimler”, Sevinc Qocayevanın “Yusuf Has Hacibʼin “Kutadgu Bilig” İsimli Eseri ve Türk Mitolojik Düşüncesinin Azerbaycan Edebiyatındaki  İzleri”,  Mehriban Əlizadənin “Bağımsızlık Döneminde Çağdaş Azerbaycan Edebî Türkçesinin Leksik Normuna Türkiye Türkçesinin Etkisi”, Məhəmməd Məmmədovun “Yusuf Has Hacibʼin “Kutadgu Bilig” Abidesinde Renklerin Sembolik Anlamı”, Fikrət Əlizadənin “Türkçenin Tarih Boyunca Dünya Dillerine Etkisi”, Aygün Məhərrəmovanın “Ortak Türk Abidesi “Köroğlu” Destanında Antroponimlerle İfade Olunan Hitapların Kullanım Özellikleri” adlı məruzələri simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sonda təşkilat komitəsi adından Azərbaycan nümayəndə heyətinə sertifikatlar təqdim olunub.

Bookmark and Share