Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsinin müəllimləri Hazırlıq şöbəsində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirib

26/02/2019

BDU-nun Filologiya fakültəsinin müəllimləri Hazırlıq şöbəsində təhsil alan əcnəbi tələbələr üçün Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib. Tədbirdə Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosentləri İ.Şəmsizadə, M.Qurbanova, N.Rzayeva, N.Hüseynova və əcnəbi tələbələr iştirak edib.
Öncə Xocalı soyqırımından bəhs olunan sənədli film nümayiş etdirilib. Sonra ermənilərin Azərbaycan xalqının başına gətirdikləri faciələrdən söz açılıb, tələbələr Xocalı soyqırmı haqqında ətraflı məlumatlandırılıblar. Həmçinin erməni terrorunun qurbanı olan soydaşlarımızın, dövlət müstəqilliyimizin və torpaqlarımızın azadlığı uğurunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi yad edilib. Daha sonra tələbələr aprel döyüşlərindən bəhs olunan video-çarxı izləyiblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Bookmark and Share