Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsinin məzunları müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında yüksək nəticə göstəriblər

25/07/2019

BDU-nun Filologiya fakültəsinin məzunları müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında yüksək  nəticə göstəriblər. Fakültənin çox sayda məzunu builik imtahanda 50-dən çox bal toplamaqla mühüm uğura imza atıb. 58 balla ən yüksək göstəricini Filologiya fakültəsinin cari il məzunu İbrahimova Yazagül Veysəl qızı əldə edib və Azərbaycan Respublikasının Təhsil Naziri cənab Ceyhun Bayramov digər yüksək bal yığan namizədlərlə birlikdə onu da qəbul edib.
Qeyd edək ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 10 kurikulum, 10 məntiq olmaqla 60 sual təqdim edilib. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü  yoxlanılacaq.
Bu il müəllimlərin işə qəbulu (MİQ) imtahanında yüksək nəticə göstərən məzunlarımızı ürəkdən təbrik edir, müəllimlik fəaliyyətində onlara uğurlar arzulayırıq. Məlumatlarını əldə etdiyimiz məzunlarımızın göstəricilərini sizə təqdim edirik:

  • İbrahimova Yazagül Veysəl qızı (2019) - 58 bal
  • Musayeva Tamam Ədalət qızı (2019) - 58 bal
  • İbrahimova Gülzar Rakif qızı (2019) -  58 bal
  • Quliyeva Sürəyya Pənah qızı (2015) – 58 bal
  • Şükürlü Səma Talıb qızı (2019) - 57 bal
  • Süleymanova Nərgiz Füzuli qızı (2019) - 57 bal
  • İsmayılova (Qafarova) Zümrüd  İzzət qızı (2014) – 57 bal
  • İmamverdiyeva Zöhrə Cavad qızı (2018) – 56 bal
  • Əliyeva Səidə Sahib qızı (2019) - 56 bal
  • Abuşzadə Rəşmin Əlövsət oğlu (2016) – 56 bal
  • Xəlilzadə Könül Ümid qızı (2017) – 55 bal
  • Zeynallı Jalə Elşən qızı (2017) – 55 bal
  • Həşimli Mehriban Hafiz qızı (2019) - 55 bal
  • Qurbanova Mərziyyə İbrahim qızı (2017) – 55 bal
  • Məmmədova Yeganə Mehdi qızı (2018) – 54 bal
  • Alməmmədova Lamiyə Əbülfət qızı (2019) - 54 bal
  • Əlizadə Səfalı Aqşin oğlu (2019) – 54 bal
  • Əliyeva Aytac Nüsrət qızı (2019) - 54 bal
  • Hüseynova Arzu Zeynal qızı (2019) - 54 bal
  • Muradlı Humay Ayaz qızı (2017) – 54 bal
  • Cavadova Aytən Əbilqasım qızı (2019) - 54 bal
  • Bağırova Lamiyə Ələkbər qızı (2019) - 53 bal
  • Bağırova Müjgan Fikrət qızı (2019) - 53 bal
  • Heybətova Fəridə Zabit qızı (2017) – 53 bal
  • İsmayılzadə Fərman İlqar oğlu (2013) – 53 bal
  • İsaxlı Ayşən Rahab qızı (2016) – 53 bal
  • Əfəndiyeva Aysel Rasim qızı (2016) – 53 bal
  • İlyaslı Ceyran Zaman qızı (2019) - 53 bal
  • Quliyeva Sevinc Rasim qızı (2019) - 53 bal
  • Cəfərli Günay Murad qızı (2019)- 53 bal
  • Rəhimov Pərvin Çingiz oğlu (2018) – 52 bal
  • Məhərrəmova Fidan Sədrəddin qızı (2019) - 52 bal
  • Eyvazlı Təravət Novruz qızı (2019) – 52 bal
  • Məmmədli Ayşən Sabir qızı (2019) - 51 bal
  • Bağırova Gülzar Rakif qızı (2019) - 51 bal
  • Hüseynzadə Afaq Oktay qızı (2019) - 50 bal
  • Məmmədova Səadət Məzahir qızı (2013) – 50 bal
  • Rəsulova İzafə Eyvaz qızı (2017) – 50 bal
  • Abbaslı Aytac Azər qızı (2019) - 50 bal
  • Səlimova Sevinc Bağır qızı (2019) - 50 bal

Bookmark and Share